Azərbaycanlılar ötən ay Türkiyədə 65 mənzil alıblar | Banco.az

Azərbaycanlılar ötən ay Türkiyədə 65 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları bu ilin may ayında Türkiyədə 65 mənzil alıblar. Bu dövrdə azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə mayda xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34,8% azalaraq 2 min 64 ədədə enib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 437 ev (1-ci) alıb. İran vətəndaşlarını 207 mənzil (2-ci), Ukrayna vətəndaşları isə 171 mənzil (3-cü) alıblar. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et