"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkəti 2018-ci ildə əldə etdiyi gəlirin 87,5%-ni xərcləyib.
Bu nisbət 2017-ci ildə 91,2% olub. Başqa sözlə, ötən il sığorta sektorunda xərclərin gəlirlərə nisbəti 3,7 faiz bəndi azalıb.
Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə xərc-gəlir nisbəti fərqlidir. 4 şirkətdə - "Atasığorta", "Azərbaycan Sənaye Sığorta", "Standard Insurance" Sığorta Şirkəti və "Atəşgah Sığorta" ASC-lərdə sözügedən nisbət 100%-dən çoxdur ki, son nəticədə onlar ötən ili zərərlə başa vurublar. Xərc gəlir nisbəti 6 şirkətdə 90-100% arasında, 6 şirkətdə 80-90% arasında, 4 şirkətdə isə 70-80% arasındadır.
2018-ci ildə gəlir-xərc nisbəti 8 şirkətdə artıb, 12 şirkətdə isə azalıb.
"Naxçıvan Sığorta" gəlirlərinin və xərclərinin məbləğini açıqlamayıb.
№
|
Sığorta şirkətinin adı
|
Şirkətin xərclərinin gəlirlərinə nisbəti |
|
2018-ci ildə |
2017-ci ildə |
||
1 |
Atasığorta |
138,9% |
93,9% |
2 |
Azərbaycan Sənaye Sığorta |
122,9% |
98,6% |
3 |
Standard Insurance |
107,9% |
94,8% |
4 |
Atəşgah Sığorta |
101,9% |
102,6% |
5 |
AXA Mbask |
99,5% |
101,3% |
6 |
Günay Sığorta |
99,3% |
98,3% |
7 |
Qala Sığorta |
93,8% |
105,8% |
8 |
Azərsığorta |
93,0% |
92,6% |
9 |
Amrah Sığorta |
91,4% |
60,7% |
10 |
Qala Həyat Sığorta |
91,1% |
94,5% |
11 |
İpək Yolu Sığorta |
89,8% |
85,6% |
12 |
Rəvan Sığorta |
85,5% |
148,8% |
13 |
PAŞA Həyat Sığorta |
82,3% |
86,4% |
14 |
Azsığorta |
82,0% |
109,8% |
15 |
A-Qrup Sığorta |
80,7% |
87,2% |
16 |
Bakı Sığorta |
80,2% |
86,9% |
17 |
PAŞA Sığorta |
78,9% |
85,2% |
18 |
Xalq Sığorta |
78,5% |
84,6% |
19 |
Meqa Sığorta |
78,0% |
69,1% |
20 |
Atəşgah Həyat Sığorta |
73,9% |
91,6% |
21 |
Naxçıvan Sığorta |
Açıqlamayıb |
Açıqlamayıb |
|
Orta hesabla |
87,5% |
91,2% |
Renkinq.az