Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə cari ilin yanvar-noyabr aylarında 1 milyard 108 milyon 234 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 233 milyon 102 min manat və ya 26,6% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 497 milyon 466 min manata bərabər olub. Bu da illik müqayisədə 96 milyon 513 min manat və ya 24,1% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!