Maliyyə Bazarlarına Nəzarət Palatası “Pro Kredit" bank olmayan kredit təşkilatının istiqraz emissiyasını qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 300 ədəd adi faizli, təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. Qiymətli kağızların tədavül müddəti 24 ay, illik faiz dərəcəsi isə 8%-dir. İstiqrazlar qapalı üsulla yerləşdiriləcək.
Mənbə: Report.az