Azərbaycanın öz istəyi ilə bazarı tərk etmiş 3 sığorta şirkətinin lisenziyası ləğv edilib | Banco.az

Azərbaycanın öz istəyi ilə bazarı tərk etmiş 3 sığorta şirkətinin lisenziyası ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə “Buta Sığorta”, “Beynəlxalq Sığorta Şirkəti” və “Azərqarant Sığorta” ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyalar sığortaçıların müraciətinə əsasən ləğv edilib. Bu barədə Palatadan bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, sözügedən sığorta şirkətlərinin səhmdarlarının ümumi yığıncağı tərəfindən həmin sığortaçıların könüllü qaydada ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı MBNP-yə müraciət daxil olub. Palata “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə və Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən lisenziyaları ləğv edib.

Mənbə: Report.az