Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-mart aylarında 3 milyard 490 milyon 147 min ABŞ dolları dəyərində 5 milyon 600 min ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 18.3%, neftin həcmi isə 17,8% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 58.32% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!