Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 7 ayında (yanvar-iyul) Azərbaycanın İtaliyaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 3 milyon 752 min dollar və ya 16% azalıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat ayları ərzində İtaliyaya qeyri-neft ixracının dəyəri 19 milyon 747 min dollar təşkil edib.
Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 23 milyon 499 min dollar olub.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (641 milyon 87 min dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!