Müəllif: Gülnar Əhmədli, Banco.az
İsrail bu ilin yanvar-fevral aylarında Azərbaycandan 527 milyon 533 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 195 milyon 996 min dollar və ya 59,1% çoxdur.
Hesabat dövründə İsrailin idxal etdiyi neftin həcmi isə illik müqayisədə 67,2% artaraq 884,3 min ton olub.
Qeyd edək ki, bu dövrdə İsrail Azərbaycanın xam neft ixrac etdiyi ikinci ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!