Müəllif: Gülnar Əhmədli, Banco.az
Hindistan bu ilin yanvar-fevral aylarında Azərbaycandan 359 milyon 981 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 158 milyon 73 min dollar və ya 78,3% çoxdur.
Hesabat dövründə Hindistanın idxal etdiyi neftin həcmi illik müqayisədə 78% artaraq 574 min 400 ton olub.
Qeyd edək ki, bu dövrdə Hindistan Azərbaycanın xam neft ixrac etdiyi üçüncü ölkə olub. Ötən ilin eyni dövründə Hindistan Azərbaycanın ən çox neft ixrac etdiyi beşinci ölkə idi.
Bizi sosial şəbəkələrdən izləyin!!