Maliyyə Bazarlarına Nəzarət Palatası “Avromed Company” QSC-nin səhm emissiyasını qeydə alıb. Bu barədə Palatadan bildirilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 50 manat olan 1 140 ədəd adi səhmin dövriyyəyə buraxlmasını nəzərdə tutur. AZ1001019913 nömrəsi ilə dövlət qeydiyyatına alınan emissiya şirkətə 57 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək. Səhmlər qapalı üsulla yerləşdiriləcək.
Xatırladaq ki, "Avromed Company" 2002-ci ildə yaradılıb, Azərbaycana xaricdən dərman və tibbi preparatların idxalı ilə məşğuldur.
Mənbə: Report.az