Azərbaycanda borcalma qaydaları, açıq valyuta mövqeyi və kapital adekvatlığının hesablanması qaydaları üzrə müzakirələr artıq yekunlaşıb. Yaxın bir neçə ay ərzində qaydaların qəbul olunmasının şahid olacağıq.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib.
"Müəyyən dəyişikliklərlə bağlı ictimaiyyətə açıqlamalar olacaq. Biz əsasən bazel komitəsinin tələblərinə uyğun olaraq bank sektorunu yeni iqtisadi vəziyyətə uyğunlaşdırırıq. Banklar müvafiq dövrdə kapitallarının 60%-ni itiriblər. Bu müddət ərzində xeyli kapital inyeksiyası olub. Bank risklərinin idarə edilməsində fərqli yanaşma bizim qoyduğumuz tələbdir. Buna görə də qaydaların dəyişdirilməsi labüddür”, - deyə o, qeyd edib.
MBNP rəsmisinin sözlərinə görə, yeni qaydaların tətbiqi qəbulundan 6 ay sonra gerçəkləşəcək: “Banklara yeniliyə hazır olmaları üçün vaxt verilməlidir. Beynəlxalq ekspertlərlə birlikdə müzakirələr aparılır və beynəlxalq təcrübədən yararlanaraq ən mütərəqqi risk idarəetməsininin Azərbaycanda tətbiqini nəzərdə tutmuşuq. Düşünrəm ki, buna nail olacağıq”.
Report.az