“PAŞA Bank” qrupu (“PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Türkiyə”, “PAŞA Bank Gürcüstan”) 2019-cu ilin 1-ci yarısını 35 milyon 696 min manat xalis mənfəət ilə başa vurub.
Bu gün Bakıda keçirilmiş mətbuat konfransında"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə Qrupun xalis mənfəəti 1% artıb.
“PAŞA Bank” qrupu 2018-ci ilin 1-ci yarısını 35 milyon 394 min manat xalis mənfəətlə bağlamışdı.
Xalis mənfəətin 3 milyon 977 min manatı “PAŞA Yatırım Bankı”nın payına düşüb. 2019-cu ilin 1-ci yarısında “PAŞA Bank Gürcüstan”ın isə 2 milyon 298 min manat zərəri yaranıb.
"2019-cu ilin yanvar-iyun dövründə "PAŞA Bank" Azərbaycanın xalis mənfəəti təxminən 34 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 27 milyon manat idi",- Bəhruz Nağıyev deyib.
AKTİVLƏRİ 5 MİLYARD MANATDAN ÇOXDUR
“PAŞA Bank” qrupunun cəmi aktivləri 13% artaraq 30 İyun 2019-cu il tarixində 5 milyard 43 milyon manata çatıb
Marja