Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Azərbaycandan Gürcüstana köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi azalıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən Gürcüstana 2022-ci illə müqayisədə 0,8% daha az pul köçürülüb.
Bununla da Gürcüstana köçürmələrin ümumi həcmi 58 milyon 849 min dollara enib. 2022-ci ildə bu göstərici 59 milyon 322 min dollar təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycandan ən çox pulun köçürüldüyü üçüncü ölkə (10,7% payla) Gürcüstan olub.
Bizi sosial şəbəkələrdən izləyin!!