Azərbaycandan Almaniyaya pul köçürmələrinin həcmi 6% artıb | Banco.az

Azərbaycandan Almaniyaya pul köçürmələrinin həcmi 6% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycandan Almaniyaya köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi cüzi artıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən Almaniyaya 2022-ci illə müqayisədə 1 milyon 319 min dollar və ya 5,9% daha çox pul köçürülüb.

Bununla da Almaniyaya köçürmələrin ümumi həcmi 23 milyon 601 min dollara yüksəlib. 2022-ci ildə bu göstərici 22 milyon 282 min dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən il Azərbaycandan ən çox pulun köçürüldüyü birinci ölkə (26,6% payla) Türkiyə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram