Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 80% artıb | Banco.az

Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 80% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı kredit ittifaqları bu ilin birinci yarısını 0,7 milyon manat xalis zərərlə başa vurub. Bu isə illik müqayisədə 80% çoxdur.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2023-cü ilin eyni dövrünü də zərərlə (0,4 milyon manat) başa vurmuşdu.

Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 12,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,7 milyon manat və ya 5,3% azdır.

Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 0,3 milyon manat və ya 8,3% azalaraq 3,3 milyon manata, balans kapitalı isə 0,4 milyon manat və ya 4,2% azalaraq 9,1 milyon manata enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram