Azərbaycanda sığorta ödənişlərinin 91%-i bu şirkətlərin payına düşür | Banco.az

Azərbaycanda sığorta ödənişlərinin 91%-i bu şirkətlərin payına düşür

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyata keçirilmiş 145,345 milyon manat sığorta ödənişinin 131,948 milyon manatı və yaxud 90,8%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, həmin şirkətlər "PAŞA Həyat Sığorta" ASC (73,604 milyon manat), Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 28,165 milyon manat), eləcə də "PAŞA Sığorta" (15,645 milyon manat), "Atəşgah Həyat Sığorta" (9,74 milyon manat) və “Xalq Sığorta” (4,794 milyon manat)  ASC-lərdir.

3 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (0 manat), “Rəvan Sığorta” (37 min manat), “Naxçıvan Sığorta” (61 min manat) və “Xalq Həyat Sığorta” (73 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 171 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,1%-i deməkdir.

Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 13,226 milyon manat (9,1%) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram