Azərbaycanda regionların kreditləşməsi artıb | Banco.az

Azərbaycanda regionların kreditləşməsi artıb

Azərbaycanda regionlara kredit qoyuluşunun bu il martın 1-nə 2 994 440 min manat təşkil edib.

Regionlara kredit qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 666 050 min manat və ya 28,6% artıb.

Eyni zamanda, bu müddətdə cəmi kredit qoyuluşunda regionların xüsusi çəkisi 18,0%-dən 19,6%-ə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1 mart 2020-ci il tarixinə əsasən maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 15 299 104 min manat təşkil edib. Kreditlərin də 12 304 664 min manatını Bakı şəhəri əhatə edib.

APA