Azərbaycanda qısamüddətli banklararası kreditlər kəskin bahalaşıb | Banco.az

Azərbaycanda qısamüddətli banklararası kreditlər kəskin bahalaşıb

Azərbaycanda banklararsı kreditlər üzrə orta fazi dərəcəsi həm manat, həm də valyuatada yüksəlib. Bu barədə Mərkəzi Banka istinadən xəbər verilir.

Hesabata əsasən, banklararası manatla kreditlər üzrə orta faiz dərəcəsi aylıq müqayisədə 1,5 faiz bəndi artaraq cari il oktyabrın 1-nə 7,12%, xarici valyutada isə 0,06 faiz bəndi artaraq 5,42%-ə çatıb.

Bildirək ki, qısamüddətli kreditlərdə, o cümlədən bir aylıq və 1-3 aylıq manatla kreditlərdə artım daha kəskin olub. Bir aylıq manatla kreditlər üzrə faiz dərəcəsi 1,44%-dən 8,90%-ə, 30-90 günlük kreditlər isə 5,90%-dən 17,42%-ə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bir ildən yuxarı müddətə verilən manatla kreditlərin faizləri isə 0,09 faiz bəndi azalaraq oktyabrın 1-nə 4,77% təşkil edib.

Xarici valyutada kreditlərdə isə bir aylıq kreditlər 2,46%-dən 4,27%-ə yüksəlib, 30-90 günlük kreditlər üzrə isə dəyişməyərək 17,22% olub.

Bir ildən yuxarı xarici valyuta olan kreditlər aylıq müqayisədə 0,03 faiz bəndi bahalaşaraq oktyabrın 1-nə 4,70% təşkil edib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et