Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il aprelin 1-nə 1 milyard 558 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, fevralın 1-i ilə müqayisədə 1,1%, yanvarın 1-nə nisbətən 1,7%, ötən il aprelin 1-i ilə müqayisədə isə 8,9% azdır.
Martın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 11,9% təşkil edib. Bu nisbət fevralın sonuna 12,1%, ötən ilin sonuna 12,2%, ötən ilin martın sonuna isə 14,7% olub.
Report.az