Platformanın yaradıcısı Nicat Əlibəyli bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu ötən il yeni bir sistem tətbiq etməklə, bir çox problemlərin qarşısını alıb, onlayn sığorta sisteminin inkişafı üçün şərait yaradıb. Artıq istənilən şəxs öz avtomobilinin icbari sığortasını həm özü yaza, həm də onlayn rejimdə sığorta ödənişi edə bilər.
Platformanın yaradılmasında əsas məqsəd vətəndaşların işini sürətlənsdirmək və asanlaşdırmaqdır. N.Əlibəyli bildirib: "Dostsigorta.az saytı hər hansı məntəqəyə getmədən, kiminləsə ünsiyyətə girmədən, vaxt itirmədən avtomobilinizin icbari sığortasını əldə edə bilmənizə imkan verir. Sayt hazırda işlək vəziyyətdədir. Hər hansı sualla bağlı saytın əlaqə nömrələrinə zəng edərək, daha ətraflı məlumat almaq mümkündür".
Ümumiyyətlə, onlayn sistemə keçid icbari sığorta sektorunda əvvəllər baş verən xoşagəlməz söz-söhbətlərə son qoymaqdadır. N.Əlibəylinin sözlərinə görə, "Dost Sığorta"nın məqsədlərindən biri də sığortaçılarla sığortalılar arasında sağlam mühit formalaşdırmaq və faydalanan şəxslərdə sığorta şirkətlərinə inam hissini artırmaqdır.
Vergiler.az