Azərbaycanda maliyyə axını 13%-ə yaxın artıb | Banco.az

Azərbaycanda maliyyə axını 13%-ə yaxın artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin birinci rübü ərzində maliyyə axınlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7% və ya 2,8 mlrd. manat artaraq 24 milyard 757 milyon manata yüksəlib.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin birinci rübü üzrə "Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabat"ında qeyd edilib.

2023-cü ildə olduğu kimi 2024-cü ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (31,3%), topdan və pərakəndə ticarət (14%) və tikinti (13%) olub.

Məlumata görə, daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə dövlət idarəetməsi və müdafiə (882,1 mln. manat artım) və peşə, elmi və texniki fəaliyyət (471,8 mln. manat artım) sahələri olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram