Azərbaycanda bank kreditlərinin kəskin ucuzlaşdırılması təklif edilib.
Bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
"Azərbaycan banklarında kreditlərin illik faiz dərəcəsi 20%-dən çoxdur, 5-6% olmalıdır. İnsanlar qazandıqlarının hamısını banka verir. Bank borcları, onların faizlər bu gün əsas problemdir”, - deyə, o, qeyd edib.
Millət vəkili həmçinin Azərbaycan banklarının tətbiq etdikləri cərimələrin silinməsini təklif edib.
report.az
Bizi sosial şəbəkələrdən izləyin!!