Banco.az portalı Mərkəzi Banka istinadən bildirir ki, Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi 2015-ci il oktyabrın sonlarına 18 mlrd. 566.4 mln. manat təşkil edib. Bu, sentyabrın sonlarına olan analoji göstərici ilə müqayisədə 547,1 mln. manat azdır.
Banco.az bildirir ki, artıq 9-cu aydır azalma tendensiyasının müşahidə olunur və mənfi dinamika mart ayından bəri davam edir.
AMB-in məlumatına əsasən, cari ilin əvvəli ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 13,4 mln. manat azalıb.
Keçən ilin anoloji dövrü ilə müqayisədə isə bu göstərici 724,9 mln. manat çoxdur.