Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında könüllü həyat sığortası növlərinin hesabına 459 milyon 506 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 108 milyon 68 min manat və ya 30.7% çoxdur.
Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə 2022-ci ilin eyni ayları ilə müqayisədə 52 milyon 124 min manat və ya 26.1% artaraq 251 milyon 731 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!