Azərbaycanda KASKO sığorta bazarı 21% böyüyüb | Banco.az

Azərbaycanda KASKO sığorta bazarı 21% böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə bu ilin yanvar-sentyabr aylarında 37 milyon 818 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 milyon manat və ya 21,3% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 1,7 milyon manat və ya 14,1% artaraq 14,1 milyon manata çatıb. Ötən ilin eyni dövründə bu növ üzrə yığımların məbləği 31,2 milyon manat, ödənişlərin məbləği isə 12,3 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram