Azərbaycanda iqtisadi təhsilin qiymətləri açıqlanıb.
Hazırda ölkədə iqtisadi təhsili 27 universitetdən almaq olar. İqtisadiyyat Uneiversiteti, Neft və Sənaype universiteti və Xəzər universiteti ilə yanaşı, iqtisadi təhsili ilk baxışdan bu sahəyə aidiyyatı olmayan İncəsənət universiteti və Xereoqrafiya Akademiyası kimi təhsil ocaqlarından da almaq olar. Təhsil qiymətləri də çox fərqlidir və 1000-6500 manat arasında dəyişir. İqtisadi təhsilə marağın artdığını və bu sahədə seçim edəcək abituriyentlərin tələbatını nəzərə alaraq ölkədə bakalavr səviyyəsi üzrə iqtisadi və biznes təhsilinin qiymətlərini təqdim edirik.
Bakı Dövlət Universiteti
BDU- da iqtisadiyyat yönümlü ixtisaslarda qiymət 1100-2500 manat aralığında dəyişib. Burada Dünya iqtisadiyyatı; İqtisadiyyat; Menecment; Turizimvə otelçilik ixtisasları var. Ən bahalı ixtisas Dünya iqtisadiyyatı, İqtisadiyyat, Menecment ixtisaslarıdı.Ən ucuz ixtisas Turizim və otelçilik ixtisasıdır.
Dövlət Neft və Sənaye Universiteti
ADNSU -da iqtisadiyyatla əlaqəli sahələrdə qiymət 1400-1900 manat aralığında olub.Burada: Sənayenin təşkili və idarə olunması; Biznesin idarə edilməsi; Menecment; İqtisadiyyat; Marketinqvar.Ən bahalı ixtisas: Menecment və bir neçə ixtisasdır.Ən ucuz ixtisas: Sənayenin təşkili və idarə olunmasıdır.
Texniki Universitet
ATU- da iqtisadiyyatla bağlı sahələrdə qiymət 1500-1800 manat arasında dəyişir. Burada ixtisaslar:Sənayenin təşkili və idarə olunması; Menecment ixtisasları var.Ən ucuz Sənayenin təşkili və idarə olunması,ən bahalı ixtisas isə : Menecment ixtisası və digər ixtisaslardır.
Dövlət İqtisad Univeristeti
Qeyd edək ki,iqtisadiyyat yönümlü ixtisaslar ən çox Azərbaycan Dövlət İqtisad Universitetindədir. Belə ki, burarada qiymətlər 1000-2600 manat aralığında dəyişir : Maliyyə; Mühasibat uçotu; İqtisadiyyat; Marketinq; Biznesin idarə edilməsi; Kommersiya, Menecment ixtisasları var.Ən bahalı ixtisas: Maliyyə, Dünya iqtisdiyyatı və bir-neçə digər ixtisaslardır.Ən ucuz ixtisas: İqtisadiyyat( Zaqatala filialı) ; Maliyyə(Zaqatala filialı) və bir neçə digər ixtisaslardır.
Bakı Mühəndislik Universiteti
BMU- da iqtisadiyyat yönümlü ixtisasların qiyməti 2000-2900 manat aralığında dəyişir.İxtisaslar: Maliyyə; Mühasibat uçotu; Dünya iqtisadiyyatı ,Sənayenin təşkili və idarə olunması, Biznesin idarə olunması ixtisasları var.Ən bahalı ixtisas: Biznesin idarə edilməsi olub. Ən ucuuz ixtisas :Sənayenin təşkili və idarə edilməsi olub.
Dövlət İdarəçilik Akademiyası
ADİA- da iqtisadiyyat yönümlü ixtisasların qiyməti hamısı 2500 manatdır.Bu ixtisaslar: İqtisadiyyat və Menecment ixtisaslarıdır.
Bakı Xoreoqrafiya Akademiyası
BXA-da iqtisadiyyat yönümlü ixtisas Menecment(prodüser) ixtisasıdır ki, qiymət 1800 manat təşkil edib.
Mədəniyyət və İncəsənət Universiteti
Qey edək ki, burada BXA- da olduğu kimi Menecment(prodüser) ixtisası da olmalı idi, çünki bu ixtisas daha çox bu universitet ilə əlaqəlidir. Burada iqtisadiyyat yönümlü sadecə bir ixtisas var : Turizm və otelçilik ixtisasıdır və qiymət 1800 manat təşkil edir.
Bədən Tərbiyəsi və İdman Akademiyası
Bu akademiyasında iqtisadiyyat yönümlü ixtisas yalnız İdman menecmenti və kommunikasiya ixtiasıdır ki, bu ixtisasın əyani bölməsi üçün qiymət 2200 , qiyabi bölməsi üçün 1800 manat təşkil edir.
Naxçıvan Dövlət Universiteti
NDU-da iqtisadiyyat yönümlü ixtisasların qiyməti 1300-1500 manat aralığında dəyişir.Burada İqtisadiyyat; Menecment; Dünya iqtisadiyyatı; Mühasibat uçotu və audit; Turizm və otelçilik ixtisasları var.Ən bahalı ixtisas Turizm və otelçilik.Ən ucuz ixtisas Menecment ixtisası olub.
Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
Bu universitetdə iqtisaiyyat yönümlü ixtisasların qiyməti 1500 və 1800 manatdır. Mühasibat uçotu və audit; Maliyyə; İqtisadiyyat; Menecment; Marketinq; Biznesin idarə edilməsi ixtisasları var.Ən bahalı ixtisas:Mühasibat uçotu və audit ; Maliyyə və digər ixtisaslardır.Ən ucuz ixtisas : Marketinq; İqtisadiyyat;Maliyyə; Mühasibat uçotu və audit ixtisaslarıdır.
Gəncə Dövlət Universiteti
GDU-da iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymətlər 1500-200 manat aralığında dəyişir.Burada Mühasibat uçotu və audit; Maliyyə; Menecment; Marketinq; İqtisadiyyatBiznsin idarə edilməsi; Turizim və otelçilik ixtisasları var.Ən bahalı ixtisas:Turizm və otelçilik ixtisasıdır. Ən ucuz ixtisas:Menecment; İqtisadiyyat və digər ixtisaslar olub
Texnologiya Universiteti ( Gəncə şəhəri )
Burada iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymətlər 1200-1500 manat aralığında dəyişib.Burada Mühasibat uçotu və audit; Maliyyə; Menecment; Marketinq; İqtisadiyyat; Biznesin idarə edilməsi; Turizim və otelçilik ixtisasları; Kommersiya ; Sənayenin təşkili və idarə olunması ixtisasları var.Ən bahalı ixtisas: Kommersiya və Marketinq ixtisasları olub.Ən ucuz ixtisas:Kommersiya ixtisasıdır.
Sumqayıt Dövlət Universiteti
SDU-da iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymətlər 1400-1900 manat aralığında dəyişir.Burada Mühasibat uçotu və audit; Maliyyə; Menecment; Marketinq; İqtisadiyyat; Biznesin idarə edilməsi;Dünya iqtisadiyyatı ixtisasları var. Ən bahalı ixtisas: Mühasibat uçotu və audit və Maliyyə ixtisaslarıdır.Ən ucuz ixtisas : Biznesin idarə edilməsi olub.
Mingəçevir Dövlət Universiteti
Burada iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymətlər 1000 və 1200 manat təşkil edib.Burada Mühasibat uçotu və audit; Maliyyə; Menecment; Marketinq; İqtisadiyyat; Biznesin idarə edilməsi;Dünya iqtisadiyyatı; Sənayenin təşkili və idarə edilməsi; Turizm və otelçilik ixtisasları var. Ən bahalı ixtisas: Maliyyə; Marketinq və digər ixtisaslar olub.Ən ucuz ixtisas:Mühasibat uçotu və İqtisadiyyat ixtisalarının qiyabi bölməsi üzrədir.
Lənkəran Dövlət Universiteti
LDU-da iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymətlər 1200-1500 manat aralığında dəyişir.Burada Mühasibat uçotu və audit; Maliyyə; Menecment; Marketinq; İqtisadiyyat; Biznesin idarə edilməsi; Turizm və otelçilik ixtisasları var.Ən bahalı ixtisas: Marketinq; İqtisadiyyat və digər bir neçə ixtisas olub.Ən ucuz ixtisas: Maliyyə; Turizm və otelçilik və digər ixtisaslar olub.
Qeyd edək ki, regionlarda təhsil almaq daha sərfəlidir .Belə ki, həm illik ödənişin az olması həm də yaşayış xərclərinin az olması region universitetlərini daha sərfəli edir.
Azərbaycan Kooperasiya Universiteti
Burada iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymətlər 1600-2300 manat arasında dəyişir.Universitetdə Mühasibat uçotu və audit; Maliyyə; İqtisadiyyat; Dünya iqtisadiyyatı; Sənayenin təşkili və idarə olunması; Menecment; Marketinq; Statistika; Biznesin idarə edilməsi; Kommersiya; Turizm və otelçilik ixtisasları var.Ən bahalı ixtisas: Maliyyə, ən ucuz ixtisas: İqtisadiyyat ixtisası üzrə olub.
Azərbaycan Universiteti (Бакы юзял)
Bu universitetdə iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymətlər 2000 və 2500 manatdır.Burada Mühasibat uçotu və audit; Maliyyə; Menecment; Marketinq; İqtisadiyyat; Biznesin idarə edilməsi;Kommersiya ixtisasları var. Ən bahalı ixtisas: Maliyyə;İqtisadiyyat və digər ixtisaslardır və bu ixtisaslar ingili dilində tədris olunur.Ən ucuz ixtisas: Marketinq; Menecment və digər ixtisaslar olub.
Qərbi Kaspi Universiteti
Burada iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymətlər 1600-2500 manat aralığında dəyişir.Bu universitetdə Mühasibat uçotu və audit; Maliyyə; İqtisadiyyat; Dünya iqtisadiyyatı; Sənayenin təşkili və idarə olunması; Menecment; Marketinq; Biznesin idarə edilməsi; Kommersiya; Turizm və otelçilik ixtisasları var.Ən bahalı ixtisas: Turizm və otelçilik ,ən ucuz ixtisas: Dünya iqtisadiyyatı ixtisası olub.
Xəzər Universiteti
Bu universitetdə iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymətlər 4500 və 5000 min manat təşkil edir və tədris ingilis dilində aparılır.Burada Maliyyə; Mühasibat uçotu və audit; İqtisadiyyat; Menecment; Marketinq; Biznesin idarə edilməsi; Turizm və otelçilik ixtisasları var.Ən bahalı ixtisas: Mühasibat uçotu; Maliyyə; Turizm və otelçilikdir, digər ixtisasların qiyməti isə 4500 manat təşkil edir.
Bakı Avrasiya Universiteti
Bu universitetdə iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymətlər 1300-1700 manat aralığında olur. Burada İqtisadiyyat; Marketinq; Biznesin idarə edilməsi ixtisasları var. Ən bahalı ixtisas: Marketinq və İqtisadiyyat(əyani) ixtisasları olub.Ən ucuz ixtisas:İqtisadiyyat(qiyabi) ixtisasıdır.
Odlar Yurdu Universiteti
OYU- da iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymətlər 1600 və 2000 manatdır. Burada Maliyyə; Mühasibat uçotu və audit; İqtisadiyyat; Menecment; Marketinq; Dünya iqtisadiyyatı; Biznesin idarə edilməsi; Turizm və otelçilik ixtisasları var.Ən ucuz ixtisas Mühasibat uçotu və audit və Turizm və otelçilik ixtisaslarıdır və qiymət 1600 manatdır yerdə qalan ixtisaslar ən bahalı kateqoriyasına daxil olur və qiymət 2000 manat təşkil edir.
Bakı Biznes Universiteti
Burada iqtisadiyyat yönümlü ixtisaslar üzrə qiymət tək qiymət 2000 manat olub.Buradakı ixtisaslar: universitetdə Mühasibat uçotu və audit; Maliyyə; İqtisadiyyat; Dünya iqtisadiyyatı; Sənayenin təşkili və idarə olunması; Menecment; Marketinq; Biznesin idarə edilməsi ixtisasları var.
Naxçıvan Universiteti
Bu universitetdə iqtisadiyyat yönümlü ixtisaslar üzrə tək qiymət var və 1500 manat olub.Burada : İqtisadiyyat; Maliyyə və Turizm və Otelçilik ixtisasları var.
Əmək və Sosial Münasibətlər Akademiyası
Burada universitetdə iqtisadiyyat yönümlü ixtisaslar üzrə tək qiymət var və 2200 manat olub. Burada : İqtisadiyyat; Maliyyə və Mühasibat uçotu və audit ixtisasları var.
Milli Aviasiya Akademiyası
Bu akademiyada iqtisadiyyat yönümlü ixtisas yeganə Dünya iqtisadiyyatıdır və qiymət 2500 manatdır.
Dövlət Gömrük Komitəsinin Akademiyası
Burada iqtisadiyyat yönümlü ixtisas üzrə bir ixtisas var və İqtisadiyyat ixtisası 3000 manatdır.
FED.az