Azərbaycanda illik inflyasiya 3%-ə enib | Banco.az

Azərbaycanda illik inflyasiya 3%-ə enib

2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0% bahalaşıb.

Rəsmi statistikaya əsasən bu müddətdə ərzaq məhsullarının qiymətləri 3,0%, qeyri-ərzaq mallarının qiymətləri 3,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4% artıb.

Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6% azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb. Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının qiymətlərinin əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 % aşağı düşməsinə səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2%, o cümlədən ərzaq məhsulları 3,2 %, qeyri-ərzaq malları 3,9%, əhaliyə göstərilən ödənişli xidmətlər 2,6 % bahalaşıb.

Cari ilin may ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3% uazalıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6 % bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə sadəyişməyib.

Report.az