Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 314,047 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının bildirdiyinə görə, bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 21,1% çoxdur.
Ötən 10 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 391,653 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6,1% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 0,75% azalaraq 216,458 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 40% artaraq 184,753 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-oktyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 68,9 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 47,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-oktyabr aylarında müvafiq olaraq 84,1 manat və 35,75 manat olub.
renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!