Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-aprel aylarında geyim istehsalı artıb. Belə ki, 4 ayda ölkədə 26,9 milyon manat dəyərində geyim istehsal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2023-cü ilin ilk 4 ayı ilə müqayisədə geyim istehsalında 19,1% artım müşahidə olunub.
Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 159,4 milyon manat dəyərində məhsul istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!