"Bank Melli İran" Bakı filialı 2019-cu ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 19 milyon 315 min manat zərər ilə başa vurub. 3-cü rübdə (iyul-sentyabr) Bankın zərəri 2 milyon 400 min manat da artıb. Filial cari ilin 6 ayını 16 milyon 905 min manat zərər ilə bağlamışdı.
"Bank Melli İran" Bakı filialı 2018-ci ilin 9 ayını 1 milyon 800 min manat xalis mənfəət ilə başa vurmuşdu.
"Bank Melli İran" Bakı filialının zərərinin əsas səbəbi bu ili ehtiyatların yaradılmasına 21 milyon 5 min manat ayrılmasıdır. Kredit və depozit itkiləri Bankı zərərə salıb.
2019-cu ilin 9 ayında "Bank Melli İran" Bakı filialının cəmi gəlirləri 2 milyon 833 min manat, ehtiyatların yaradılması xərci xaric cəmi xərclər isə 1 milyon 150 min manat təşkil edib.
Marja