Azərbaycanda ən çox ödəniş edən sığorta şirkətləri - Siyahı | Banco.az

Azərbaycanda ən çox ödəniş edən sığorta şirkətləri - Siyahı

Ötən il ərzində ən çox ödəniş edən sığorta şirkətlərinin adları və ödənişlərin həcmi açıqlanıb.

 Dövlət Sığorta Nəzarəti Xidmətinin verdiyi xəbərə görə, bu müddətdə sığorta şirkətlərinin renkinqinə 27 mln. 428 min 655,22 manatla “Paşa Sığorta” Şirkəti başçılıq edib.

Bu müddətdə şirkətin yığımları 53 mln. 730 min 447,59 manat təşkil edib.

Ən çox ödəniş edən şirkətlər arasında daha sonra 15 mln. 242 min 861,29 manatla “Atəşgah” Sığorta Şirkəti, 13 mln. 249 min 160 manatla Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

İlk onluqda daha sonra isə “AzSığorta” , “AXA MBASK” , “Standard Insurance” , “A-Qroup Sığorta Şirkəti”, “Beynəlxalq Sığorta Şirkəti”, “Bakı Sığorta” və “Xalq Sığorta” şirkətləri sıralanıb.

Qeyd edək ki, ötən il ərzində ölkədə fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən ümumilikdə 122 mln. 804 min 276,19 manat həcmində ödənişlər edilib və ödənişlərin həcmində illik 30,8% artım qeydə alınıb.

Bildirək ki, ödənişlərin 84 mln. 890 min 182,48 manatı könüllü sığorta növləri üzrə həyata keçirilib

gun.az