Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 13,6 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,3% çox əmtəə satılıb.
Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, istehlak mallarının 50,3%-ni qida məhsulları, içkilər və tütün məmulatları, 49,7%-ni qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,4% bəndi artıb.
Bu ilin səkkiz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-avqust aylarına nisbətən 6,9% artaraq 1,7 mln. manat təşkil edib. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,4%-ni hüquqi, 21,6%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 88,9%-ni qeyri-ərzaq malları təşkil edib.
APA