Azərbaycanda elektron satınalmaların həcmi 3 dəfə artıb | Banco.az

Azərbaycanda elektron satınalmaların həcmi 3 dəfə artıb

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda elektron satınalmalarının həcmi 1 455,7 milyon manat olub.

Banco.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli özünün "X" sosial şəbəkə hesabında bildirib. 

    "Bu göstərici 2023-cü ilin müvafiq dövrünə nəzərən 3 dəfəyədək artım deməkdir. Satınalmaların rəqəmsallaşdırılması rəqabətliliyin qorunması, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəlməsinə töhfə verir.", - deyə M. Abbasbəyli qeyd edib. 

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram