Azərbaycanda əhalinin gəlirləri 5% artıb | Banco.az

Azərbaycanda əhalinin gəlirləri 5% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1% artaraq 24,0 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, onun hər nəfərə düşən həcmi 2559,9 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4% bəndi üstələyərək 3,8% olub.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövr ərzində gəlirlərin 70,2%-i son istehlaka, 9,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 21,8 mlrd. manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6% artıb.

APA