Bu ilin yanvar-sentyabr ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 119,3 milyon manat ipoteka krediti verilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,9% azdır.
Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 5,7% artaraq 188,7 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 29% azalaraq 110 milyon manata düşüb.
Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 80% azalaraq 20 milyon manat olub.
Report.az