Azərbaycanda daşınmaz əmlakla bağlı Mərkəzi Bank qarşısında yeni öhdəlik qoyulur | Banco.az

Azərbaycanda daşınmaz əmlakla bağlı Mərkəzi Bank qarşısında yeni öhdəlik qoyulur

Azərbaycanda ipoteka qoyulan daşınmaz əmlak ilə bağlı Mərkəzi Bank və ipoteka fondları qarşısında yeni öhdəlik qoyulur. APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Mülki Məcəlləyə yeni 148.4-cü maddənin əlavə edilməsi müzakirəyə çıxarılıb.

Ən sərfəli kredit üçün müraciət et

Maddəyə görə, ipoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Mərkəzi Bankı, ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının informasiya sistemləri ilə daşınmaz əmlakın dövlət reyestri arasında əlaqə yaradılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.