Azərbaycan 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərar ilə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC müflis elan olunub.
Bu barədə Oxu.Az-a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.
Məlumata əsasən, Fond avqustun 16-dan qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.