Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2024-cü ilin yanvar-mart aylarında 2 931.4 ton çay istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 14.5% artıb.
Məlumata görə, 1 aprel tarixinə ölkədə hazır məhsul ehtiyatı 84.7 ton olub.
Qeyd edək ki, bu ilin birinci rübündə ölkədən 1.5 milyon dollar dəyərində 156.4 ton çay ixrac edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!