Azərbaycanda çay istehsalı 8% artıb | Banco.az

Azərbaycanda çay istehsalı 8% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2024-cü ilin yanvar-iyul aylarında 7 024 ton çay istehsal edilib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 7,9% artıb.

Məlumata görə, 1 avqust tarixinə ölkədə hazır məhsul ehtiyatı 97,6 ton olub. 

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkədən 3,6 milyon dollar dəyərində 399,2 ton çay ixrac edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram