Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2024-cü ilin yanvar-fevral aylarında 1 967.2 ton çay istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 25,1% artıb.
Məlumata görə, 1 mart tarixinə ölkədə hazır məhsul ehtiyatı 87,6 ton olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədən 915,3 min dollar dəyərində 98,8 ton çay ixrac edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!