Azərbaycanda avtobusdan istifadə edənlərin sayı 10%-dək artıb | Banco.az

Azərbaycanda avtobusdan istifadə edənlərin sayı 10%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtobuslarla 1 085 738,8 min sərnişin daşınıb.

Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 9,6% çoxdur.

Ötən ilin müvafiq dövründə avtobuslar 990 637,6 min nəfər sərnişin daşımışdı. 

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında avtomobil nəqliyyatı ilə ümumilikdə 1 139 969,6 min sərnişin daşınıb. Bunun da 54 230,8 nəfəri taksi nəqliyyatının payına düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et