Göygöldən xəbər var.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu və AMEA-nın rəyasət heyəti mərkəzi aparatının innovasiya şöbəsinin əməkdaşları Göygöl rayonunun Tülallar kəndi ərazisindəki qızıl yataqlarında olublar.
Oxu.Az xəbər verir ki, akademiyadan AzərTAc-a bildirilənə görə, 80 ton qızıl, 250 ton gümüş ehtiyatı hesablanmış yataqlarda uğurlu tədqiqatlar aparılır.
Səfər zamanı yataqlarda istismar işlərinin gedişi ilə tanışlıq olub, müvafiq məsələlər müzakirə edilib.