2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 13-ü ötən il mənfəət vergisi ödəməyib.
Bunlar vergiyəqədərki mənfəəti olmayan "Caspian İnvest", "Falcon Finance", "Finans İnvest", "Kredex", "Omni Finance", "Para", "PSG Finans", "Regional", "TCF" və "Viza Kredit", eləcə də vergiyəqədərki mənfəəti olan "Brand Credit", "İDK", "Pro Kredit"dir.
2 BOKT - "International" və "FİNKA Azərbaycan" isə mənfəət vergisi ödəmələrin qənaət edib - müvafiq olaraq 12 min manat və 300 min manat.
Qalan 21 BOKT isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Bu baxımdan ən yüksək göstərici "İnkişaf üçün maliyyə"də (759 min manat), ən aşağı göstərici isə "Kredaqro"da (0,001 milyon manat) qeydə alınıb.
6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.
***
36 BOKT-dan 10-u ötən il mənfəət vergisi ödəmələrini artırıb. Bunlar "Kredit Servis", "Finex Kredit", "Qafqaz Kredit", "Finoko", "Embafinans", "Premier Kredit", Molbulak", "Viator Mikrokredit Azərbaycan", "Aqrarkredit" və "Effektinvest"dir. Ən yüksək dinamika "Kredit Servis"də (7,7 dəfə), ən aşağı dinamika isə "Effektinvest"də (40%) qeydə alınıb.
7 BOKT-un isə mənfəət vergisi ödəmələri azalıb. Bunlar "Azərbaycan Mikro-Kredit", "TBC Kredit", "İdeal Kredit", "Azmikroinvest", "Merkuri", "Regional" və "Viza Kredit"dir. Ən çox azalma "Regional" və "Viza Kredit"də (100%), ən az azalma isə "Azərbaycan Mikro-Kredit"də (23,1%) qeydə alınıb.
1 BOKT-un "PSG Finans"ın isə mənfəət vergisi üzrə qənaəti 100% azalıb.
2 BOKT - "Avrasiya-Kredit" və "Azinvestkredit" 2017-ci ildə mənfəət vergisi ödəməsə də, 2018-ci ildə ödəyib. 10 BOKT - "Brand Credit", "Caspian İnvest", "Falcon Finance", "Finans İnvest", "İKD", "Kredex", "Omni Finance", "Para", "Pro Kredit" və "TCF" həm 2017-ci ildə, həm də 2018-ci ildə mənfəət vergisi ödəməyib. 1 BOKT - "FİNKA Azərbaycan" 2017-ci ildə mənfəət vergisi üzrə ödəmə etsə də, 2018-ci ildə qənaət edib. 4 BOKT - "İcraçı Kredit Agentliyi", "İnkişaf üçün maliyyə", "Kəpəz" və "Kredaqro" 2017-ci ildə mənfəət vergisi üzrə qənaət etsə də, 2018-ci ildə ödəmə edib. 1 BOKT - "International" isə 2017-ci ildə mənfəət vergisi üzrə qənaət etməsə də, 2018-ci ildə edib. Odur ki, onların mənfəət vergisi üzrə ödəmələrinin / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.
Renkinq.az