Azərbaycanda fəaliyyət göstərən "İqtisadi imkanlar" və "Sevinc" kredit ittifaqlarının nizamnamə kapitalı azalıb.
Bunlardan 1-cinin kapitalı 4 660 manatdan 4 560 manat, 2-cinin kapitalı isə 6 400 manatdan 4 400 manata düşüb.
Kapital azalmasının səbəbi açıqlanmasa da, bu, çox güman ki, kredit ittifaqlarına üzv şəxslərin maliyyə qurumun tərk etməsi ilə bağlıdır.
Mənbə: renkinq.az