Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-fevral aylarında 12 milyon 104 min dollar dəyərində 18 min 334 ton alma ixrac edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ölkənin alma ixracı illik müqayisədə dəyər baxımından 18,6%, həcm ifadəsində isə 15% artıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə ölkənin alma ixracının dəyəri 10,2 milyon dollar, həcmi isə 15,9 min ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!