Azərbaycan xaricdən buğda alışını 20% azaldıb | Banco.az

Azərbaycan xaricdən buğda alışını 20% azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-iyul aylarında 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 37,7%, həcmi isə 20,3% azalıb. 

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 222,8 dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü (284,9 dollar) ilə müqayisədə 21,8% və ya 62,1 dollar azdır. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yanvar-iyul aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 0,95%-nə bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram