İcbari Sığorta Bürosu (İSB) ilə "Türkiye Motorlu Taşıt Bürosu" (TMTB) arasında "Yaşıl kart" sistemləri üzrə inteqrasiya protokolu imzalanacaq.
Sənədi İSB-nin icraçı direktoru Rəşad Əhmədov və TMTB-nin müdiri Mehmet Akif Eroğlu imzalayacaqlar.
14 mart tarixində baş tutacaq imzalama mərasimində Azərbaycan Mərkəzi Bankın, Türkiyə Sığortaçılar Birliyinin nümayəndələri də iştirak edəcəklər.
Tədbirdə Riskli Sığorta hovuzu mexanizmi (Kiçik motor həcmli və taksi xidməti göstərən avtonəqliyyat vasitələri) üzrə təqdimat və müzakirələr aparılacaq.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!