"Ukrtransnaft" və "Ukrtatnafta" Azərbaycan neftinin "Kremençuq" neft emalı zavoduna nəql olunması ilə bağlı niyyət protokolu imzalayıb.
Sənədə əsasən zavoda il ərzində 1,3 mln. ton neft nəql olunacaq. Nəql 2017-ci ildən etibarən baş tutacaq.
"Ukrtatnafta" bildirir ki, 2017-2019-ci illərdə "Odessa"-Kremençuq neft emalı zavodu marşrutu "Azeri Light" markalı neftin nəqlinə hazırdır.
"Ukrtransnafta" isə qeyd edir ki, neft kəmərinin texniki göstəriciləri qeyd edilən həcmdə neftin nəqlinə imkan verir.
Mənbə: Apa.az