Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir | Banco.az

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

08 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si

50100165S

Hərraca çıxarılan həcm

150 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

 28 gün

Ödəmə tarixi

06.12.2017

Ən sərfəli kredit üçün müraciət et

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.