Qida və geyimlərimizin əsas hissəsi kənd təsərrüfatı məhsullarından əldə olunur. Hətta ABŞ dollarının emissiyası zamanı pulun 75% hissəsi pambıqdan hazırlanır.
Banco.az “ağ qızıl” hesab olunan pambıq və onun istehsalı barədə məlumat hazırlayaraq təqdim edir.
Pambığın istehsalı xüsusi qulluq tələb edir. Orta hesabla 160 günə yetişən bu bitkini minimum orta illik 19⁰ C temperatur olduqda əkmək lazımdır. Dünyada təxminən 50-ə yaxın növü var və 100-dən çox ölkədə istehsal olunur. Ən keyfiyyətli pambıq isə Misir pambığı qəbul edilir.
2018-ci ildə dünyada 26 milyon ton pambıq istehsal olunub və bunun da 80%-i 10 ölkənin payına düşür.
Dünyada ən çox pambıq istehsalı ilə məşğul olan ölkələr isə Hindistan, ABŞ və Çindir. Elə idxal edən ölkələrin birincisi də yenə Çindir. Pambıq becərən ölkələrin 4-ü həm də pambıq idxal edir. Bu da istehsalın daxili tələbatın ödənilməməsinin göstəricisidir. Ölkəmiz isə bu göstəriciyə görə düya üzrə 21-ci yerdə qərarlaşıb.
İnfoqrafik: Tahir Əsgərli
Qədimdən pambığı ilə diqqəti çəkən Azərbaycan isə son 10 ildə pambıq yığımı əhəmiyyətli dəyişkliyə səbəb olub. Son 2 ili çıxmaq şərtilə ən çox yığım 2005-ci ildə qeydə alınsa da, növbəti illlərdə əhəmiyyətli dərəcədə pambıq yığımı azalıb. Qeyd olunan göstəricilər bütün təsərrüfat kateqoriyaları üzrə olan pambıq yığımıdır. 2018-ci ildə bu göstərici 234 min ton olubsa, bunun sadəcə 28 min tonu kənd təsərrüfatı müəssisələrinin payına düşür. Yerdə qalan 205 tonu isə fərdi sahibkarlar və ev təsərrüfatının payına düşür.
Bu həmin dövrdə əkin sahələrinin azalması ilə də əlaqəlidir. Məhsuldarlıq baxımından isə ən yüksək məhsuldarlıq 2015-ci ildə 19.5 sen/ha olub. 2018-ci il üçün isə bu göstərici 17.6 sen/ha olub.
İnfoqrafik:Tahir Əsgərli
İllər |
Pambıq yığımı |
Əkin sahəsi |
Məhsuldarlıq |
2018 |
233,6 |
132,5 |
17,6 |
2017 |
207,5 |
136,4 |
15,3 |
2016 |
89,4 |
51,4 |
17,3 |
2015 |
35,2 |
18,7 |
18,8 |
2014 |
41,0 |
22,9 |
17,9 |
2013 |
45,2 |
23,5 |
19,3 |
2012 |
57,0 |
29,2 |
19,5 |
2011 |
66,4 |
42,8 |
15,5 |
2010 |
38,2 |
30,2 |
12,7 |
2009 |
31,9 |
21,1 |
15,5 |
2008 |
55,4 |
48,5 |
11,5 |
2007 |
100,1 |
75,6 |
13,0 |
2006 |
130,1 |
102,8 |
13,0 |
2005 |
196,6 |
112,4 |
17,0 |
2004 |
135,7 |
78,2 |
17,4 |
2003 |
99,6 |
66,8 |
15,0 |
2002 |
80,4 |
61,0 |
13,2 |
2001 |
83,6 |
83,3 |
10,0 |
2000 |
91,5 |
101,2 |
9,0 |
1999 |
96,8 |
94,4 |
10,3 |
1998 |
112,9 |
155,5 |
7,3 |
1997 |
124,6 |
211,8 |
6,1 |
1996 |
274,4 |
213,4 |
12,9 |
1995 |
274,1 |
210,4 |
13,0 |
Tərlan Qəhrəmanova, Banco.az